Dəhşətli  daşqın,   ölənlər var -  VİDEO
02 may 2024 22:28 (UTC +04:00)

Dəhşətli daşqın, ölənlər var - VİDEO

Braziliyanın cənubundakı Rio-Qrande-du-Sul ştatındaə daşqınlara səbəb olan qasırğa nəticəsində azı 10 nəfər ölüb, iyirmidən çox adam itkin düşüb. Bəzi ərazilərdə sel o qədər şiddətlənib ki, helikopterlər yerə enə bilməyib və yerli sakinlər sığınacaq axtarmağa məcbur olub.

Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, ştatın qubernatoru federal hökumətdən kömək istəyib.

"Prezident Lula, lütfən, Rio Qrande-du-Sulda bizə mümkün qədər çox hava dəstəyi göstərin. Artıq baş vermiş güclü yağışlar səbəbindən böhran vəziyyətində olan onlarla bələdiyyədən yüzlərlə insanı xilas etməliyik və qarşıdakı günlərdə də güclü yağış də davam edəcək”,  - qubernator Eduardo Leyte müraciətində yazıb.

Məlumatda qeyd edilir ki, körpülər dağılıb, 20-dən çox küçə keçilməz hala düşüb və bu, təcili yardım xidmətlərinin zərər çəkmiş ərazilərə yardım çatdırmasını çətinləşdirir. Eyni zamanda, meteoroloqların proqnozu ürəkaçan deyil və soyuq hava axınının yaxınlaşması ilə əlaqədar bölgədə yağış yağacağı ilə bağlı xəbərdarlıq edirlər.
 

# 2211
avatar

Kəramət BÖYÜKÇÖL

Oxşar yazılar