Daşqınlar yüzdən çox  insanın həyatına son qoydu
23 may 2022 06:10 (UTC +04:00)

Daşqınlar yüzdən çox insanın həyatına son qoydu

Hindistan və Banqladeşdə daşqınlar və torpaq sürüşməsi ciddi insan tələfatı ilə nəticələnib.

Lent.az-ın xəbərinə görə, həftə ərzində Banqladeşdə baş verən sel və torpaq sürüşmələrində həlak olanların sayı 60 nəfəri keçib.

Hindistanla sərhəddəki Borak çayının daşması nəticəsində bənd uçub, yüzdən çox kənd su altında qalıb. Bu gündən etibarən çaylarda suyun səviyyəsi azalmağa başlayıb.

Hindistanda isə daşqınlar 50-dən çox insanın ölümünə səbəb olub. Bihar ştatında 100 minədək sakini evlərini tərk edib. Ştatın əhalisi həmçinin anomal istilərdən əziyyət çəkir. 
 

# 1371
avatar

Oxşar yazılar