Bu şəhərin mərkəzində böyük anbar yanır, ölənlər var - VİDEO  - YENİLƏNİB
21 noyabr 2022 04:04 (UTC +04:00)

Bu şəhərin mərkəzində böyük anbar yanır, ölənlər var - VİDEO - YENİLƏNİB

Rusiyanın paytaxtı Moskvanın Komsomolskaya meydanı yaxınlığındakı gül anbarında baş verən yanğında ölənlərin sayı 6-a çatıb.

Lent.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Hadisənin baş verməsinə səbəb malların düzgün saxlanmaması və yanğın təhlükəsizliyi qaydalarının pozulması olub.

Bu barədə İstintaq Komitəsi açıqlama yayıb

***

Saat 00:39

Rusiyanın paytaxtı Moskvanın Komsomolskaya meydanı yaxınlığındakı gül anbarında baş verən yanğında ölənlərin sayı 5-ə çatıb.

Lent.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bir nəfərin taleyi barədə məlumat yoxdur.

***

Saat 00:12

Moskvanın Komsomolskaya meydanı yaxınlığındakı gül anbarında baş verən yanğında ölənlərin sayı 4-ə çatıb.

Lent.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Xilasedicilər daha iki nəfərin meyitini aşkarlayıb.

***

20.11.2022

Saat 23:23

Moskvanın Komsomolskaya meydanı yaxınlığındakı gül anbarında baş verən yanğın söndürülüb.

Lent.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

***

Saat 23:35

Moskvada Komsomolskaya meydanı yaxınlığındakı anbarda baş verən yanğında iki nəfər ölüb.

Lent.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Yanğınsöndürənlər gül anbarında baş vermiş yanğın nəticəsində ölən iki nəfərin cəsədini aşkar ediblər”, - deyə bildirib.

***

Saat 22:14

Moskvada Komsomolskaya meydanı yaxınlığındakı anbarda baş verən yanğın lokallaşdırılıb.

Lent.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, lokallaşdırılan yanğın 2,5 min kvadratmetr sahəni əhatə edib.

O da qeyd olunub ki, yanğının baş verdiyi ərazidə havada zərərli maddələrin maksimal konsentrasiya həddi qeydə alınmayıb.

***

Saat 18:05

Moskvanın mərkəzində anbar binası yanır.

Lent.az-ın  TASS-a istinadən verdiyi xəbərə görə, Komsomolskaya meydanı yaxınlığındakı binada yanğın 2 min kv.m sahəni əhatə edir.

Rusiya Dəmir Yolları yanğının sərnişinlər üçün təhlükə törətmədiyini və qatarların hərəkətinə təsir etmədiyini açıqlayıb.

 Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunub ki, yanğının söndürülməsi üçün üç Ka-32 MATS helikopteri və yanğın qatarı cəlb olunub. Yanğın yerində zərərli maddələrin miqdarını ölçən səyyar laboratoriya işləyir.

Yanğın baş verdiyi binadan 7 nəfər təxliyə olunub.

Moskvanın mərkəzində anbarda yanğın

# 4437
avatar

Oxşar yazılar