Bu ölkədə ilk dəfə:  QADIN PREZİDENT  seçildi
10 mart 2022 15:53 (UTC +04:00)

Bu ölkədə ilk dəfə: QADIN PREZİDENT seçildi

Macarıstanda yeni prezident seçilib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin yeni prezidenti 44 yaşlı qadın Katalin Novak olacaq.

O, hakim Fides - Macarıstan Vətəndaş Birliyi partiyasının sədr müavinidir.

Novak ölkə tarixində ilk qadın prezident olacaq.

199 deputatdan 137-si onun lehinə səs verib.

44 yaşlı Novakın seçkidəki rəqibi müxalifət koalisiyasının 80 yaşlı namizədi, iqtisadçı Piter Rona olub.

Bu ölkədə pezidenti parlament 5 il müddətinə seçir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2313
avatar

Fidan İlqar

Oxşar yazılar