Avstraliya dünyada posttravmatik pozğunluq və depressiyanın müalicəsi üçün psixoaktiv maddələrdən istifadəni leqallaşdıran ilk ölkə olub.
Lent.az-ın xəbərinə görə, bu barədə Avstraliya Müalicəvi Mallar İdarəsi (TGA) məlumat yayıb.
Qeyd edilib ki, lisenziya alan psixiatrlar iyulun 1-dən tərkibində metilendioksi-metamfetamin (ekstazi) və ya psilosibin olan dərmanlar təyin edə bilərlər.
Ancaq digər hallarda bu maddələr qadağan edilən narkotik maddələr sayılır.