Bu ərəb ölkəsində bir ilk
21 fevral 2021 19:08 (UTC +04:00)

Bu ərəb ölkəsində bir ilk

Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi öz rəsmi portalında ilk dəfə orduda muzdlu əsaslarla xidmət etmək istəyən qadınlardan müraciətləri qəbul edəcək.

Heftelik.az-ın “Alarabia” telekanalına istinadən verdiyi məlumata görə, qadınlar quru, dəniz, hava, strateji raket qoşunlarında və tibb bölmələrində xidmət edə biləcək.

Hərbi xidmətə qəbul edilən qadınlara sıravi əsgər və serjant rütbələri veriləcək. Bu yenilik Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın 2030-cu ilədək islahatlar proqramı çərçivəsində həyata keçirilir.

Hərbi xidmətə 21-40 yaşlarında və ən azı 155 santimetr boyunda, ali təhsilli, kriminal keçmişi olmayan və sağlam səudiyyəli qadınlar qəbul ediləcək. Həmçinin onlar əcnəbi vətəndaşlarla evli ola bilməzlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3342
avatar

Oxşar yazılar