Braziliya Prezidentindən gözlənilməz qərar
22 yanvar 2023 14:37 (UTC +04:00)

Braziliya Prezidentindən gözlənilməz qərar

Braziliya Prezidenti Lula da Silva Silahlı Qüvvələrin Baş Qərargah rəisi general Culio Sezar de Arrudanı vəzifəsindən azad edib.

Lent.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, general Culio Sezar de Arruda Konqresə basqın zamanı məsuliyyətsizliyə yol verdiyi əsas gətirilərək vəzifəsindən azad olunub.

Braziliya mətbuatının yazdığına görə, Culio Sezar de Arruda yanvarın 8-də sabiq Prezident Jair Bolsonaronun tərəfdarlarının Konqresə, Prezident Sarayına və Ali Məhkəməyə hücum zamanı təcili və effektiv tədbirlər görməyib.

Qeyd edək ki, Culio Sezar de Arruda sabiq Prezident Jair Bolsonaro tərəfindən 30 dekabr 2022-ci ildə Silahlı Qüvvələrin Baş Qərargah rəisi təyin edilmişdi.

Xatırladaq ki, Braziliyada 2022-ci il noyabrın 30-da prezident seçkilərinin ikinci turunda Lula da Silva səslərin 50,9 faizi yığaraq prezident seçilib

Seçkinin nəticələrinin açıqlanmasından sonra Jair Bolsonaronun tərəfdarları ordunu müdaxiləyə çağırıb, bu il yanvarın 8-də isə Konqres, daha sonra isə Prezident Sarayı və Ali Məhkəmənin binasına hücum edib. Sonradan təhlükəsizlik qüvvələri sabiq prezidentin tərəfdarlarını Konqres, Prezident Sarayı və Ali Məhkəmənin binasından çıxara bilib. Olayla bağlı indiyə qədər 1800 nəfər saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3319

Oxşar yazılar

Tramp Putinlə danışdı

Tramp Putinlə danışdı

4 iyun 2025 , 21:04
İndi də bir günə 2000 kişi ilə  yatacaq

İndi də bir günə 2000 kişi ilə yatacaq

4 iyun 2025 , 19:59
Bəbir babanın yanında  5 yaşlı uşağı parçaladı

Bəbir babanın yanında 5 yaşlı uşağı parçaladı

4 iyun 2025 , 13:02
Keçmiş prezidentə 11 il 5 ay HƏBS CƏZASI

Keçmiş prezidentə 11 il 5 ay HƏBS CƏZASI

3 iyun 2025 , 21:12
Ukrayna Krım körpüsünü  partlatdı -VİDEO

Ukrayna Krım körpüsünü partlatdı -VİDEO

3 iyun 2025 , 15:41
Timsah hamilə qadını parçaladı

Timsah hamilə qadını parçaladı

3 iyun 2025 , 12:06
İnsan orqanları  satan cərrahlar TUTULDU

İnsan orqanları satan cərrahlar TUTULDU

3 iyun 2025 , 11:38
Rusiyanı SARSIDAN  əməliyyatla bağlı YENİ SİYAHI

Rusiyanı SARSIDAN əməliyyatla bağlı YENİ SİYAHI

3 iyun 2025 , 10:14