BMT Tiqrayı qıtlıq bölgəsi elan etdi
09 iyun 2021 09:43 (UTC +04:00)

BMT Tiqrayı qıtlıq bölgəsi elan etdi

Birləşmiş Millətlər Təşkilatı hökumətlə yerli qüvvələr arasında qarşıdurmaların yaşandığı Efiopiyanın şimalında yerləşən Tiqray bölgəsi üçün qıtlıq xəbərdarlığı etdi.

Lent.az bildirir ki, sözügedən mövzu ilə bağlı BMT-nin baş katibi Antonio Quterreş “twitter” hesabından yazıb: "Tiqraydakı bir çox bölgə qıtlığın eşiyindədir. Fondların humanitar yardım müraciətləri artmazsa, vəziyyət daha da pisləşəcək. Bu gün belə atılacaq addımlar buradakı insanlar üçün "ölüm-dirim" məsələsidir”.

  Qeyd edək ki, Tiqray əyalətini idarə edən üsyançı Tiqray Xalq Qurtuluş Cəbhəsi (TPLF) qüvvələri 3 noyabr 2020-ci ildə Efiopiyanın Şimal Komandanlığı birliklərinə hücum etdikdən sonra baş nazir Abiy Əhməd TPLF-ə qarşı hərbi hərəkat qərarı verib. Bundan sonra çıxan döyüşlər üzündən bir milyondan çox adam yerindən-yurdundan olub.

  Efiopiya hökumətinin başladığı geniş miqyaslı əməliyyatla Tiqray əyalətinin mərkəzi Mekelle geri qaytarılsa da, bəzi bölgələrdə qarşıdurmalar hələ davam edir.

  BMT və qeyri-hökumət təşkilatları ciddi döyüşlərin getdiyi Tiqray bölgəsində humanitar vəziyyətlə bağlı narahatlıqlarını bildirirlər.

  BMT Ümumdünya Qida Proqramına görə, bölgədəki əhalinin təxminən 91 faizi olan 5,2 milyon adam təcili qida yardımı ilə təmin olunmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1563
avatar

Oxşar yazılar