Bəşər Əsəd prezidentliyə namizədliyini irəli sürdü
21 aprel 2021 16:02 (UTC +04:00)

Bəşər Əsəd prezidentliyə namizədliyini irəli sürdü

Suriyanın hazırkı Prezidenti Bəşər Əsəd prezident seçkilərində namizədliyinin qeydə alınması üçün Ali Konstitusiya Məhkəməsinə müraciət edib.

Lent.az APA-ya istinadən xəbər verir ki, bu barədə bu gün SANA agentliyi məlumat yayıb.

Suriyada prezident seçkiləri bu il mayın 26-da keçiriləcək.

Bazar ertəsindən başlayaraq Ali Konstitusiya Məhkəməsi prezidentliyə namizədləri qeydə alınması üçün sənəd qəbuluna başlayıb. Qeydiyyat müddəti 10 gün nəzərdə tutulub. İndiyə olan məlumata görə, B. Əsəddən başqa, daha 5 nəfər prezidentliyə namizədliyinin qeydə alınması müraciət edib ki, onlardan iki nəfəri qadındır.

Suriya konstitusiyasına görə, prezidentliyə namizədlər 40 və daha yuxarı yaşda olmalı, son 10 il ərzində ölkədə yaşamalı və xarici ölkə vətəndaşı olmamalıdır.

Suriyada sonuncu dəfə prezident seçkiləri 2014-cü ildə keçirilib və seçkilərin qalibi Bəşər Əsəd olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2371

Oxşar yazılar

Trampdan sensasion açıqlama: ABŞ və İran birbaşa danışıqlar aparır

Trampdan sensasion açıqlama: ABŞ və İran birbaşa danışıqlar aparır

7 aprel 2025 , 23:59
Tramp  ad günündə  parad keçirəcək

Tramp ad günündə parad keçirəcək

7 aprel 2025 , 23:26
ABŞ-dan Çinə zərbə - İdxal rüsumları 104 faizə çatacaq

ABŞ-dan Çinə zərbə - İdxal rüsumları 104 faizə çatacaq

7 aprel 2025 , 23:15
Dəməşq yaxınlığında bir neçə partlayış baş verdi

Dəməşq yaxınlığında bir neçə partlayış baş verdi

7 aprel 2025 , 07:58
İsrail Qəzzanı VURDU:   43 nəfər öldü

İsrail Qəzzanı VURDU: 43 nəfər öldü

6 aprel 2025 , 23:36
Xamenei tapşırıq verdi

Xamenei tapşırıq verdi

6 aprel 2025 , 19:31
Qəzzada ölənlərin sayı artdı

Qəzzada ölənlərin sayı artdı

6 aprel 2025 , 18:13
aktrisa Lyudmila Suvorkina

Aktrisanın mənzildə yanmış meyiti tapıldı

6 aprel 2025 , 17:28