Belarus müxalifəti 2025-ci ildə  çevriliş hazırlayır   – Lukaşenko  AÇIQLADI
20 fevral 2024 17:24 (UTC +04:00)

Belarus müxalifəti 2025-ci ildə çevriliş hazırlayır – Lukaşenko AÇIQLADI

Xaricdəki müxalifətçilər Belarusda sabitliyi pozmaq üçün üç əsas ssenari üzərində işləyirlər. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, bu barədə president Aleksandr Lukaşenko milli təhlükəsizlik orqanlarının rəhbərləri ilə görüşündə bildirib.

"Yaxın gələcəkdə ölkə üçün ən vacib hadisələr baş verəcək: vahid səsvermə günü, ÜmumBelarus Xalq Assambleyasının yaradılması. Onlar bizi yenidən gözdən salmağa çalışacaqlar. Bu, göz qabağındadır. Model dəyişməyəcək. Amma biz hazır olmalıyıq ki, onlar cəmiyyəti sabitliyi pozmaq üçün yeni qızışdırıcılar ortaya qoyacaqlar”, - o bildirib.

O, ilk olaraq müxalifətin ən çox arzuladığı ssenarini qeyd edib.

"Bu, birbaşa seçki kampaniyası zamanı dövlət çevrilişi və ya hakimiyyətin zorakılıqla ələ keçirilməsini təşkil etməkdir. Amma eyni zamanda, özləri də bunu mümkünsüz hesab edirlər. Hələ 2020-ci ilə bənzər vəziyyətin gərginləşməsi üçün heç bir real ilkin şərt görmürlər”, - Lukaşenko belə hesab edir.

“İkinci ssenari hazırkı seçki kampaniyasından 2025-ci ildə keçiriləcək prezident seçkiləri zamanı dövlət çevrilişinə hazırlaşmaq üçün sınaq və ilkin mərhələ kimi istifadə etməkdir və bu ssenarinin həyata keçirilməsində “bütün müxalifət qüvvələrindən istifadə olunacaq”.

"Üçüncü ehtiyat ssenarisi, ilk iki ssenarinin uğursuz olması halında yumşaq güc alətlərindən geniş istifadə ilə uzun bir oyundur", - Lukaşenko söyləyib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3336
avatar

Oxşar yazılar