Baydenin xüsusi köməkçisi istefa verdi
14 fevral 2024 03:22 (UTC +04:00)

Baydenin xüsusi köməkçisi istefa verdi

ABŞ Prezidenti Co Baydenin xüsusi köməkçisi və Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) Qərb məsələləri üzrə baş direktoru Xuan Qonzales vəzifəsini tərk edir.

Lent.az xəbər verir ki, bu barədə "Bloomberg" adı açıqlanmayan Milli Təhlükəsizlik Şurasının rəsmisinə istinadən məlumat yayıb.

Qonzales postunu martın ortalarında tərk edəcək.

Bildirilib ki, o, getməyi bir neçə aydır ki, planlaşdırırdı.

Onun işdən çıxma səbəbi açıqlanmır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3498
avatar

Oxşar yazılar