Baba səs-küyə görə nəvəsini GÜLLƏLƏDİ
12 mart 2025 13:33 (UTC +04:00)

Baba səs-küyə görə nəvəsini GÜLLƏLƏDİ

ABŞ-da təqaüdçü nəvəsini səs-küy üzündən öldürüb.

Lent.az xarici mediaya istinadla bildirir ki, üç həftə əvvəl nənə və babasının yanına köçən 38 yaşlı Maria Rangel evə gec qayıdıb. O, yüksək səslə evin ətrafında gəzib və qapıları çırpıb. Yaranan səs-küy onun babası, 67 yaşlı Xose Moqronu yuxudan oyandırıb.

Yaşlı kişi bir neçə dəfə Rangelə irad tutub və ondan sakit olmasını istəyib. Ancaq faydası olmayıb. Bundan sonra qəzəblənən Moqro silahı götürərək yataq otağından çıxıb.

Nəvəsi ona yaxınlaşanda sinəsindən atəş açıb. Bundan sonra təqaüdçü polisə zəng edərək cinayət törətdiyini etiraf edib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və tibb işçiləri gəlib. Rangelin öldüyü məlum olub.

Dindirmə zamanı Moqro deyib ki, nəvəsi ruhi xəstəliklə uzun sürən mübarizədən sonra onun yanına köçüb. Kişi ümid edib ki, o və arvadı Rangelin sağalmasına kömək edəcəklər. Lakin nəvə özünü kobud aparıb və tez-tez babasını təhqir edib.

Vəkili iddia edir ki, o, Rangeli vurmaq niyyətində olmayıb, sadəcə onu qorxutmaq istəyib. Moqro girov müqabilində evə buraxılıb. Onun apreldə məhkəmə qarşısına çıxması planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1782

Oxşar yazılar

Yeni Papanın kimliyi məlum oldu - VİDEO  - YENİLƏNİB

Yeni Papanın kimliyi məlum oldu - VİDEO - YENİLƏNİB

8 may 2025 , 21:26
Rusiya Ukraynada müharibəni DAYANDIRDI

Rusiya Ukraynada müharibəni DAYANDIRDI

8 may 2025 , 14:55
Tələbə universitetə balta ilə HÜCUM ETDİ:  qadının başını kəsdi

Tələbə universitetə balta ilə HÜCUM ETDİ: qadının başını kəsdi

8 may 2025 , 13:45
İngiltərədə 5 iranlı terrora görə  TUTULDU

İngiltərədə 5 iranlı terrora görə TUTULDU

8 may 2025 , 13:03
Pakistanda bir neçə partlayış  baş verdi

Pakistanda bir neçə partlayış baş verdi

8 may 2025 , 07:54
Dəhşətli avtobus qəzası 12 can aldı

Dəhşətli avtobus qəzası 12 can aldı

8 may 2025 , 06:55
Rusiyada  güclü zəlzələ  oldu

Rusiyada güclü zəlzələ oldu

8 may 2025 , 05:23
Lotereyadan 167 milyon dollar  uddu, 4 gün sonra həbs olundu

Lotereyadan 167 milyon dollar uddu, 4 gün sonra həbs olundu

7 may 2025 , 15:22