Kiyevdə yaşayan azərbaycanlı iş adamı Oqtay Əfəndiyev Ukrayna Silahlı Qüvvələrinə yardım fonduna daha 1 milyon qrivna köçürüb. Lent.az-ın məlumatına görə, həmyerlimiz bundan başqa Ukrayna Silahlı Qüvvələri Prezident Alayına 1 ədəd dron, 12 ədəd radio texnika vasitə və digər texniki avadanlıqlarda da verib.
Qeyd edək ki, Əfəndiyev indiyədək Ukrayna ordusuna 5 milyon qrivna yardım edib.