Azərbaycana gələn kişini  təyyarəyə buraxmadılar
03 fevral 2023 15:15 (UTC +04:00)

Azərbaycana gələn kişini təyyarəyə buraxmadılar

Rusiyanın Sankt-Peterburq məhkəməsi istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı adı çəkilməyən kişinin “Şimal küləyi” MMC barəsində müraciətinə baxıb. Məlumata görə, həmin şəxs Bakıya uçan təyyarəyə buraxılmayıb.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, həmin şəxs müraciətində Moskva-Ufa-Bakı aviabiletinə verdiyi 12 min rublu, 8,5 min rubl dəyərində qiymətləndirdiyi itkiləri, həmçinin 12 min rubl cərimə və qeyri-məşğulluq üçün kompensasiya tələb edib. Şikayətçinin iddiasına görə, ümumilikdə ona 50 min rubl maddi ziyan dəyib.

Onun sözlərinə görə, bilet alıb və Bakıya daha sərfəli getmək üçün Moskvadan Ufaya gəlib. O, yola düşməzdən 72 saat əvvəl COVİD testi haqqında arayış, habelə Azərbaycan vətəndaşı olan bacısı ilə qohumluğunu təsdiq edən sənədlər təqdim edib. Bununla belə, uçuş uğursuz olub. Səbəb isə COVID testi arayışının təqdim edilməməsi göstərilib. Sonra o, Moskvaya uçan başqa bir bilet alıb.

Aviaşirkətin nümayəndələri isə məhkəmədə tələblərin təmin edilməsinə qarşı çıxıblar və iddiaçının heç bir sənəd təqdim etmədiyini bildiriblər.

Məhkəmə Azərbaycan qanunlarını öyrənib və müəyyən edib ki, “Şimal küləyi”nin istinad etdiyi qətnamə qüvvəsini itirib. İndi aviaşirkət şikayətçiyə 53 min rubldan çox ödəyəcək.

# 1302
avatar

Oxşar yazılar

Veteran hərbçi uşaqlarını güllələdi: 5 ölü

Veteran hərbçi uşaqlarını güllələdi: 5 ölü

23 mart 2023 , 08:26
Ukraynaya F-16-lar veriləcək

Ukraynaya F-16-lar veriləcək

23 mart 2023 , 07:36
ABŞ-a aparılan 12 tarixi əsər Türkiyəyə qaytarılır

ABŞ-a aparılan 12 tarixi əsər Türkiyəyə qaytarılır

23 mart 2023 , 06:00
Bu ölkədə güclü zəlzələ oldu

Bu ölkədə güclü zəlzələ oldu

23 mart 2023 , 05:07
Əkin sahəsinə görə dava:  Ölənlər var

Əkin sahəsinə görə dava: Ölənlər var

23 mart 2023 , 02:47
Gəncədə toya gedən qadın qəza törətdi,  4 nəfər...

Gəncədə toya gedən qadın qəza törətdi, 4 nəfər...

23 mart 2023 , 01:10
Beynəlxalq axtarışda olan  azərbaycanlı Moskvada tutuldu

Beynəlxalq axtarışda olan azərbaycanlı Moskvada tutuldu

22 mart 2023 , 22:42
Moldovanın dövlət dili dəyişdi

Moldovanın dövlət dili dəyişdi

22 mart 2023 , 22:20