Niderlandın Lahey şəhərində fərqli mövqeyə malik olan eriteriyalı qrupların öz aralarında və polislə toqquşma olub, ətrafdakı avtomobillər yandırılıb.
Lent.az-ın “Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, Laheydə Eriteriya hökumətini dəstəkləyən qrupun bir salonda toplandığı xəbərini alan müxalif yönlü qrup daş və dəyənəklərlə salona daxil olmağa çalışıb.
Binanın şüşələrini qıran, polis maşınlarını və avtobusları yandıran bu qrupa gözyaşardıcı qazla müdaxilə edilib. Olaylar zamanı yaralanan polislər olub.
Lahey Bələdiyyəsinin mətbuat katibi Robin Middel mətbuata açıqlamasında Opera Konfrans Salonunda toplanan Eriteriya hökumətini dəstəkləyən qrupla müxalif qrup arasında başlayan toqquşmaların nəzarətdən çıxdığını söyləyib.