Arvadını sevgilisi ilə küçədə görüb öldürdü  - Kürəklə parçaladı
21 fevral 2024 10:39 (UTC +04:00)

Arvadını sevgilisi ilə küçədə görüb öldürdü - Kürəklə parçaladı

Hindistanda bir taksi sürücüsü arvadını sevgilisi ilə küçədə görən zaman onu kürəklə ilə vuraraq öldürüb.

Lent.az xarici mediaya istinadla bildirir ki, 37 yaşlı Mucib 28 yaşlı Nigarla 6 il evli olub. Kişi taksi sürücüsü, qadın isə həmin taksi şirkətinin dispetçer otağında işləyib. Cütlük tez-tez dalaşıb və son altı ayda ayrı yaşasa da, boşanmaqdan söhbət belə getməyib.

Qadın Səlim adlı biri ilə münasibətə başlayıb və ərinin bundan şübhələndiyini biləndən sonra evi tərk edib. Əri Nigardan işdən çıxıb evə qayıtmasını istəyib, o, razı olmayıb. Fevralın 19-da Mucib arvadını yeni sevgilisi ilə küçədə gəzərkən görüb. Taksi sürücüsü kürək götürərək onların üstünə arxadan hücum edib və Nigarın başına bir neçə zərbə endirib.

Hadisə şahidləri dərhal polisə və təcili yardıma müraciət ediblər. Başından xəsarət alan qadın xəstəxanaya çatdırılıb, əri isə həbs edilib. Sonradan məlum olub ki, Mucib hücumu əvvəlcədən planlaşdırıb və cinayət alətini özü ilə gəzdirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5181
avatar

Oxşar yazılar