Ana 3 yaşlı qızını bıçaqla öldürüb - "ƏMR CİZGİ FİLMİNDƏN GƏLDİ..."
12 fevral 2022 12:02 (UTC +04:00)

Ana 3 yaşlı qızını bıçaqla öldürüb - "ƏMR CİZGİ FİLMİNDƏN GƏLDİ..."

ABŞ-da narkotik aludəçisi olan ana üç yaşlı qızını öldürüb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, ana bu hərəkətini "Süngər Bob kvadrat şalvar" cizgi filminin qəhrəmanının ona əmri ilə etdiyini deyib.

22 yaşlı amerikalı Yustina Conson uşağın üç yaşına çatdıqdan iki gün sonra onu bıçaqlayaraq öldürüb. Bundan sonra o, cəsədi zibil torbasına qoyaraq küçəyə atıb. Qızını öldürməzdən əvvəl qadın intihara cəhd edib. Qeyd olunur ki, o, bir neçə həftə heroin qəbulunu dayandırdıqdan və yuxusuzluq  problemindən (o, təxminən iki həftə yatmayıb) sonra onda halüsinasiya baş verib.

"O, baş verənlərin təfərrüatlarını xatırlamadığını söylədi. Consonun televiziyadan halüsinasiyaları var idi, oradan ona qızının öldürülməsi əmr olunurdu, əks halda özünün öldürüləcəyi bildirilirdi. Bunu ona "Süngər Bob" əmr edib. O, həyatı üçün qorxduğunu və dəli olduğunu etiraf edib", - deyə müstəntiq Rayan Eberlayn bildirib.

Qadın məhkəmə zalına qandallarla gətirilərkən və məhkəmə prosesi boyu hönkürtü ilə ağlayıb. O, birinci dərəcəli qətl və uşaq istismarında ittiham olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1974
avatar

Fidan İlqar

Oxşar yazılar

Koronavirusun yay dalğası gəldi:  FLiRT sürətlə yayılır

Koronavirusun yay dalğası gəldi: FLiRT sürətlə yayılır

28 iyul 2024 , 00:30
Dünyanın ən böyük  çiyələyi

Dünyanın ən böyük çiyələyi

27 iyul 2024 , 12:50
MDB ölkələrindən birində terror törətmək  istəyən tutuldu

MDB ölkələrindən birində terror törətmək istəyən tutuldu

27 iyul 2024 , 10:20
Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31