ABŞ-nin Massaçusets ştatının Boston şəhərinin hava limanında iki sərnişin təyyarəsi toqquşub.
Lent.az xəbər verir ki, bu barədə ABŞ Mülki Aviasiya Administrasiyası (FAA) öz saytında bildirib.
"Boeing 777-nin sol qanadı yerli vaxtla təxminən saat 06:40-da Bostondakı Loqan Beynəlxalq Hava Limanında eyni markalı təyyarənin sağ üfüqi stabilizatorunu vurub" – məlumatda deyilir.
Təyyarənin sərnişinləri və ekipaj üzvləri xəsarət almayıb. Şirkət əlavə edib ki, hər iki təyyarə təmir üçün istismardan çıxarılıb.