Adnan Oktar  burada saxlanılacaq
29 fevral 2024 15:24 (UTC +04:00)

Adnan Oktar burada saxlanılacaq

Adnan Oktarın cəza çəkdiyi məntəqə dəyişdirilib.

Lent.az Türkiyə mediasına istinadla bildirir ki, o, dünən gecə Ərzurum Dumlu cəzaçəkmə məntəqəsindən Van Başkale müəssisəsinə köçürülüb.

Qeyd edək ki, A. Oktar 2018-ci ildə “uşaqlara qarşı cinsi təcavüz”, “təcavüz”, cinayətkar qruplaşma yaratma” və “casusluq” ittihamları ilə saxlanılaraq həbs edilib. O, əvvəllər Silivri, Ədirnə və Ərzurumda yerləşən cəzaçəkmə müəssisələrində saxlanılıb. Məhkəmə onun barəsində 1075 il 3 ay həbs cəzası verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3738
avatar

Oxşar yazılar