ABŞ polisi daha bir qaradərilini öldürdü - FOTO
14 aprel 2022 16:40 (UTC +04:00)

ABŞ polisi daha bir qaradərilini öldürdü - FOTO

ABŞ polisi daha bir qaradərilini vuraraq öldürüb.

Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə Miçiqan ştatında baş verib. Məlumata görə, aprelin 4-də Qrand Rapids şəhərində Patrik Lyoya adlı 26 yaşlı gənci polis saxlayaraq, yerə uzadıb. Bu zaman yerə yıxılan şübhəli polisə tabe olmaq istəməyib. Belə olduqda hələlik adı açıqlanmayan polis P. Lyoyanın başından atəş açaraq öldürüb.

Hadisə sosial şəbəkədə sərt təpkiyə səbəb olub.

Qeyd edək ki, ABŞ polisi qaradərili Corc Floydu öldürdükdən sonra böyük etiraz aksiyaları keçirilmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1890
avatar

Oxşar yazılar