Ötən sutka ərzində Qazaxıstanda daha 461 nəfər yeni növ koronavirusa (COVİD-19) yoluxub.
Lent.az-ın xəbərinə görə, bu barədə Qazaxıstan Səhiyyə Nazirliyi məlumat yayıb.
Beləliklə, ölkədə koronavirusa yoluxanların sayı 2,3 faiz artıb.
Ümumilikdə, indiyə qədər ölkədə 20 min 780 nəfər COVİD-19-a yoluxub, 12 min 768 nəfər sağalıb, 166 nəfər ölüb.