Polşada şəxsi evin döşəməsi altında 80 ilə yaxındır qalmış hava bombası aşkar edilib.
Lent.az xarici mediaya istinadla bildirir ki, evində təmir işləri aparan Suxednyov şəhər sakini polisə müraciət edib. O, taxta döşəmənin altında bombaya oxşayan əşya tapdığını bildirib. Kişi nənəsindən eşitdiyi əhvalatı polisə danışıb.
Onun sözlərinə görə, 1945-ci ildə SSRİ qüvvələrinin hücumu zamanı bomba evin üstünə düşərək, dam və döşəməni deşib, partlamadan evin altına girib. Ev sahibləri daha sonra evi təmir edib və hadisəni unudublar.
Polis hadisə yerinə istehkamçıları çağırıb, onlar partlamamış 50 kiloqramlıq bombanı çıxarıblar. Onun hərbi poliqonda məhv ediləcəyi güman edilir