51 yaşlı qadına hücum etdi – “ZƏHƏR”Ə DÖNƏN QONAQLIQ
29 aprel 2021 12:16 (UTC +04:00)

51 yaşlı qadına hücum etdi – “ZƏHƏR”Ə DÖNƏN QONAQLIQ

Rusiyanın Omsk şəhərində 51 yaşlı qadın 23 yaşlı qonşusunun təcavüzünə məruz qalıb.

Lent.az Omsk polisinin məlumatına istinadən xəbər verir ki, saxlanılan şəxs barəsində bir anda iki cinayət işi açılıb.

Bəlkə də gənc həddə artıq spirtli içki qəbul etməsəydi, bu cinayət baş verməyəcəkdi...

Zərərçəkən polisə ifadəsində bildirib ki, hadisə bir gün əvvəl onun evində olub: 

“Əvvəlcə hər şey öz axarında gedirdi. Yedik-içdik, dedik-güldük. Sonra qonaq mənə qarşı müxtəlif təkliflər etməyə başladı. Mən isə ona çox yaş fərqimizin olduğunu xatırlatdım. Hər şey də elə bundan sonra başladı...”. 


Rədd cavabı alan gənc qəzəblənərək qadını ölümlə hadələyib, bu da nəticə vermədikdə ona ağır zərbələr endirməyə başlayıb. 

Bədənindəki ağrılara baxmayaraq, zərərçəkən xəstəxanaya müraciət etməyib, polisin təkidindən sonra müayinə zamanı məlum olub ki, qadının 4 qabırğası sınıb, bədəninin digər nahiyələrində çoxsaylı əziklər var. 

Şübhəli şəxs Dolqirev küçəsindəki mənzilində tutulub. O, əməllərini boynuna alıb. Sərxoşluq üzündən özünü idarə edə bilmədiyini söyləyib.

Polisin bildirdiyinə görə, onu 3 ilə qədər həbs cəzası gözləyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4203
avatar

Rəsul SARI

Oxşar yazılar