Türkiyənin Konya vilayətində çökən binanın dağıntıları altında axtarış-xilasetmə işləri davam edir.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölkənin Fövqəladə Hallar İdarəsinin (AFAD) əməkdaşları dağıntılar altında qalan 5 nəfərlə telefonla əlaqə qurub.
Xilasedicilərin çökmə zamanı sağ qalan 3 nəfəri dağıntıların altından sağ çıxardığı bildirilir.
Dağıntılar altında qalan insanların xilas edilməsi üçün işlər davam etdirilir.
***
22:35
Türkiyənin Konya vilayətində üçmərtəbəli bina uçub.
Lent.az xəbər verir ki, Konyanın Selçuklu rayonunda uçan binanın dağıntıları altında qaldıqları ehtimal olunan 5 nəfərin xilas edilməsi üçün axtarış-xilasetmə işləri başladılıb.
Hadisə yerinə çoxlu sayda yanğınsöndürən, təcili yardım və polis əməkdaşları cəlb olunub.
Konya valisi İbrahim Akın binada 5 nəfərin olduğu barədə məlumat aldıqlarını, başqa mənzillərdə sakin olub-olmadığı ilə bağlı araşdırma apardıqlarını bildirib.