Müsəlman Qardaşları Hərəkatı Misiri yenə çaxnaşdıracaq
0
0
Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, Müsəlman Qardaşları Hərəkatı meydana 1 milyon insan toplayacağını bəyan edib. İslamçılar sabiq prezident Hüsnü Mübarəkin yaxın ətrafından formalaşdırılan yeni hökumətin buraxılmasını tələb edirlər. Müsəlman Qardaşları Hərəkatının rəhbərlərindən olan Essam əl-Erian deyib ki, müdafiə, ədliyyə, daxili və xarici işlər nazirləri öz postlarında qalıblar: “Bu, o deməkdir ki, Misirə nəzarət yenə Hüsnü Mübarək və onun tərəfdarlarının əlindədir”.
Qeyd edək ki, hazırda Misiri idarə edən Ali Hərbi Şura yalnız informasiya, neft və mədəniyyət nazirlərini postlarından uzaqlaşdırıb.
Qeyd edək ki, hazırda Misiri idarə edən Ali Hərbi Şura yalnız informasiya, neft və mədəniyyət nazirlərini postlarından uzaqlaşdırıb.
0
0