Bu gün PKK-ın 34 terrorçusu təslim olacaq
19 oktyabr 2009 15:30 (UTC +04:00)

Bu gün PKK-ın 34 terrorçusu təslim olacaq

PKK terror təşkilatının bir qrup üzvü bu gün Şimali İraqdan Türkiyəyə gələrək təslim olacaqlar

Bu gün PKK terror təşkilatının üzvü olan 34 nəfərdən ibarət qrup Şimali İraqdan Türkiyəyə keçəcək. Onların 8 nəfəri PKK-nın dağ qrupuna daxildir, 4-ü uşaq olmaqla, 26 nəfər isə Mahmur düşərgəsindən gəlir.

Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, PKK üzvləri Şimali İraqdakı Xəlil İbrahim sərhəd-keçid məntəqəsində açıqlama verdikdən sonra Türkiyəyə keçəcəklər. Diyarbəkirdən gələn prokuror Habur sərhəd-keçid məntəqəsində bu insanların ifadəsini alacaq.

Silopi bələdiyyəsi Habur sərhəd-keçid məntəqəsindən 1 kilometr uzaqlıqda gələnlər üçün çadır qurub.
Bu gün DTP sədri Əhməd Türk də gələn PKK-çılarla bağlı mətbuat konfransı keçirəcək. Onları DTP millət vəkilləri başda olmaqla, bir qrup qarşılayacaq.
Əhməd Türk gələn PKK-çılara münasibətin hökumətin kürd açılımında nə qədər səmimi olduğunu təsdiqləyəcəyini bəyanlayıb.
# 467

Oxşar yazılar