“Doğan Holdinq”in yayım hüququ əlindən alına bilər
19 oktyabr 2009 14:45 (UTC +04:00)

“Doğan Holdinq”in yayım hüququ əlindən alına bilər

Hərraclarda şirkətin səhmlərinin alqı-satqısına rəsmi qadağa qoyuldu

“Doğan Holdinq”in üzərindən qara buludlar əskilmək bilmir. Lent.az-ın “internethaber”ə istinadən verdiyi məlumata görə, Radio və Televiziya Üst Qurumundan (RTÜK) gələn xəbərdarlığın ardınca hərraclarda holdinqin səhmlərinin alqı-satqısına rəsmi qadağa qoyulub.


“Doğan Holdinq”in almanlara satdığı hissələrin 25%-lik həddi keçərək ,Teleradio yayımı haqqında qanunvericiliyə zidd hərəkət etdiyi iddia olunub. İddiaya görə, holdinq 28 şirkətinin 34%-ini almanlara satıb. Bu gün o iddialarla bağlı “Doğan Holdinq” açıqlama verib.

Holdinqin birjaya göndərdiyi açıqlamada deyilir: “Bu gün bəzi mətbu orqanlarda Radio və Televiziya Üst Qurumunun qrupumuzda fəaliyyət göstərən nəşr qurumlarımızla bağlı bir qərar verdiyi yazılıb. Bildiririk ki, bununla əlaqədar nəşr qurumlarımıza hansısa rəsmi məlumat verilməyib. Mövzuyla bağlı bir yenilik olacağı təqdirdə cəmiyyətə məlumat veriləcək”.

“Doğan Qrup”dan verilən bu açıqlamanın ardınca birjalarda holdinqin səhmlərinin alqı-satqısına qoyulan qadağa götürülüb.

Lakin “Doğan Qrup”un üstündəki qara buludlar bununla bitmir. Belə ki, maliyyə məsələlərini düzəltmək üçün holdinqə 3 ay vaxt verilib. Əgər bu müddətdə pozuntular düzəlməzsə, hodinqə yayım üçün verilən lisenziya geri alınacaq.
# 896

Oxşar yazılar

Şənlikdə atışma:  3 nəfər öldü

Şənlikdə atışma: 3 nəfər öldü

13 may 2024 , 07:49
Rusiyada güclü zəlzələ

Rusiyada güclü zəlzələ

13 may 2024 , 06:40
Yaşayış binası vuruldu: Dağıntılar altından 14 nəfərin meyiti  çıxarıldı  -YENİLƏNİB-4

Yaşayış binası vuruldu: Dağıntılar altından 14 nəfərin meyiti çıxarıldı -YENİLƏNİB-4

13 may 2024 , 05:01
Putin Şoyquya yeni vəzifə  verdi

Putin Şoyquya yeni vəzifə verdi

12 may 2024 , 22:46
Rusiya Avropaya nə vaxt hücum edə bilər?  - Analitiklərin PROQNOZLARI

Rusiya Avropaya nə vaxt hücum edə bilər? - Analitiklərin PROQNOZLARI

12 may 2024 , 19:31
Almaniyanın belə problemi var

Almaniyanın belə problemi var

12 may 2024 , 17:17
Sabahdan Kosovada bu pula qadağa qoyulur

Sabahdan Kosovada bu pula qadağa qoyulur

12 may 2024 , 16:12
Leysan 28 nəfəri öldürdü

Leysan 28 nəfəri öldürdü

12 may 2024 , 15:05