Türkiyə parlamentində qrup seks skandalı!
19 oktyabr 2009 13:45 (UTC +04:00)

Türkiyə parlamentində qrup seks skandalı!

Türkiyə Böyük Millət Məclisi qrup seks skandalı ilə sarsılıb.


Lent.az-ın Türkiyənin “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, parlamentin binasında təmizliklə bağlı məsələləri öz üzərinə götürən bir firmanın süpürgəçi qadınlarından biriylə elə bu binada cinsi əlaqədə olarkən yaxalanaraq işdən azad edilmiş İzzət Özdəmin ifadəsi aləmi bir-birinə qatıb.


İzzət Özdəm parlament binasında bir çox vəzifəli şəxsin və yaxınlarının binada təmizliklə məşğul olan qadınlarla qrup sekslə məşğul olduqlarını söyləyib. O deyib ki, sekslə məşğul olanların bir hissəsi parlamentdə işdən çıxarılıb. Qrup seksdə iştirak edən iki vəzifəli şəxsin yaxınları isə işdən azad edilməyib və bu işin üstü ört-basdır edilib. İzzət Özdəm təmizliklə məşğul olan qadınların təzyiq və işdən çıxarılma şantajı ilə qrup sekslə məşğul olmağa zorlandıqlarını söyləyib.


İzzət Özdəmir özü yaxalanarkən 4 nəfər qadından əlavə 3 nəfər parlament işçisinin də qrup sekslə məşğul olduğunu, ancaq yalnız özünün işdən azad edildiyini qeyd edib.


Məsələ ilə bağlı Türkiyə parlamentində araşdırmalara başlanıb.
# 988

Oxşar yazılar