Türk “baron” xəstəxanadan qaçıb
“İnterpol” xəttiylə axtarılır
Qızları və qadınları əxlaqsızlığa məcbur edən cinayətkar qruplaşmalardan birinin lideri, “baron” ləqəbli Saban Baran Hollandiyada bir xəstəxanadan qaçıb.
Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Hollandiya polisi Şaban Baranın həyat yoldaşını və yeni dünyaya gələn körpəsini ziyarət etmək üçün bir həftə əvvəl məhkəmə qərarıyla xüsusi icazə ilə xəstəxanaya baş çəkmək üçün azadlığa buraxıldığını bildirib.
Həbsxanadan xəstəxanaya getmək üçün buraxılan Şaban Barana bu müddət ərzində hər gün yerini polisə bildirməsi şərt kimi məhkəmə qərarında vurğulanıb. Ancaq 1 həftədir ki, ondan bir xəbər yoxdur.
Həm Türkiyə, həm də Almaniya vətəndaşı olan Şaban Baranı tapmaq üçün hollandiyalı rəsmilər “İnterpol”a da məlumat veriblər.
Qeyd edək ki, 100-dən artıq qız və qadını işgəncəylə əxlaqsızlığa məcbur edən qruplaşmanın lideri olan Şaban Barana 7,5 il həbs cəzası verilmişdi.

Oxşar yazılar

Cümhuriyyət Xalq Partiyasının 3 bələdiyyə sədri saxlanıldı
5 iyul 2025 , 11:23
"Çelsi" klublararası dünya çempionatının YARIMFİNALINDA
5 iyul 2025 , 07:15
Yaponiyada 5,3 ballıq zəlzələ oldu
5 iyul 2025 , 05:48
Trampdan qəribə iddia: Biz dünya müharibələrində qalib gəldik
4 iyul 2025 , 07:34
Hava məkanı açıldı, hava limanlarının fəaliyyəti bərpa olundu
4 iyul 2025 , 01:11
Rusiyanın yüksək vəzifəli hərbçisi və Şıxəliyev Ukrayna ilə müharibədə öldü
3 iyul 2025 , 13:42
ABŞ İrana yeni hava hücumuna hazırlaşır - İDDİA
3 iyul 2025 , 13:33