Əhmədinejad Nazirlər Kabinetinin yeni tərkibini açıqladı
19 avqust 2009 14:00 (UTC +04:00)

Əhmədinejad Nazirlər Kabinetinin yeni tərkibini açıqladı

Siyahı parlamentdə təsdiqlənsə, 1979-cu ildən sonra ilk dəfə 3 qadın nazir olacaq

İran prezidenti Mahmud Ahmedinejad yeni nazirlərinin adını açıqlayıb. Hökumətin tərkibini parlament avqustun 30-a qədər təsdiqləməlidir.
Lent az-ın Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, ikinci dəfə prezident postuna yiyələnən Mahmud Əhmədinejadın 21 nazirdən ibarət Nazirlər Kabinetində Manuçöhür Möttəki yenə də xarici işlər naziridir.
İqtisadiyyat naziri Şemsettin Hüseyni də öz yerini qoruyub. Köhnə kabinetdə müdafiə naziri postunu tutan Mustafa Muhammed Neccar daxili işlər naziri postuna gətirilib. Əvvəlki ticarət naziri Mesud Mirkazemi neft naziri postunu tutacaq.

Nazirlər Kabinetində 3 qadın nazir də var. Mahmud Əhmədinejad Sousan Keşavaz təhsil naziri, Fatima Acurlu sosial müdafiə və rifah naziri, Marziye Vahid Dastcerdi səhiyyə naziri görmək istəyir. Əgər parlament Nazirlər Kabinetinin tərkibini təsdiqləsə, 1979-cu il inqilabından sonra ilk dəfə hökumətdə qadın nazirlər olacaq.

Müşahidəçilər Mahmud Əhmədinejadın nazirlərinin siyahısında sosial müdafiə və rifah naziri görmək istədiyi Fatima Acurlunun namizədliyinin parlamentdə mübahisələrə yol açacağını proqnozlaşdırırlar. Çünki Fatima keçmişdə sabiq prezident Haşimi Rəfsəncanini və onun övladlarını korrupsiyada ittiham etdiyi üçün həbs edilmiş Abbas Palizdara açıq dəstək verib.


Nazirlər Kabinetinin digər üzvlərinə gəlincə, Əhmədinejad Riza Takipuru rabitə naziri, Haydar Muslişi kəşfiyyat naziri, Muhammed Abasi ticarət naziri, Sadık Haliliyanı kənd təsərrüfatı naziri, Hamid Behbahani nəqliyyat naziri, Ali Ekber Mehrabiyanı sənaye naziri, Kamran Daneşcunu elm naziri, Muhammed Hüseyni mədəniyyət naziri, Abdülrıza Şeyhülislamini iş naziri., Ali Nikzadı şəhərlərin inkişafı üzrə nazir, Mohammad Ali Abadini enerji naziri görmək istəyir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 901

Oxşar yazılar

Koronavirusun yay dalğası gəldi:  FLiRT sürətlə yayılır

Koronavirusun yay dalğası gəldi: FLiRT sürətlə yayılır

28 iyul 2024 , 00:30
Dünyanın ən böyük  çiyələyi

Dünyanın ən böyük çiyələyi

27 iyul 2024 , 12:50
MDB ölkələrindən birində terror törətmək  istəyən tutuldu

MDB ölkələrindən birində terror törətmək istəyən tutuldu

27 iyul 2024 , 10:20
Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31