Maykl Ceksonun dolabından qanlı köynək tapıldı
Ağ rəngli qadın koftasının üstündəki qiymət etiketi çıxarılmayıb
Maykl Ceksonun ölümündən 1 aydan çox vaxt keçir. Ancaq indiyədək pop ulduzun nə ölümünün səbəbi tam müəyyənləşib, nə də basdırıldığı yer açıqlanıb. Həyatı kimi ölümü də müəmmaya çevrilən pop kralının barəsində yayılan xəbərlər isə səngimək bilmir. Bu günlərdə daha bir maraqlı məlumat yayılıb.
Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Ceksonun qarderobunda qanlı qadın koftası tapılıb. Bu hadisə müğənninin ölümü ilə bağlı şübhələri daha da artırıb. Tapılan köynəyin üzərindəki qiymət etiketinin çıxarılmaması onun istifadə edilmədiyini göstərir. Ağ rəngdəki kofta al-qırmızı qana boyanıb. İlkin ehtimala görə, həmin köynəklə hər hansı yerdəki qan silinib.
Polisin 50 yaşlı Ceksonun dolabında qalan bu koftanı sübut-dəlil kimi oradan götürmədiyi, analizə göndərmədiyi də başqa suallara səbəb olub. Hələlik polis bu barədə heç bir açıqlama verməyib.

1051