Zibil yeşiyində bomba partladı: 12 ölü, 20 yaralı
Əfqanıstanda prezident seşçkiləri öncəsi iri terakt törədilib
Əfqanıstanın Herat şəhərində terror aktı törədilib. Lent.az-ın AFP-yə istinadən məlumatına görə, hadisə nətixəsində 12 nəfər ölüb. “Associated Press” isə ölnlərin sayının onlarla olduğunu bildirir. Hər iki agentlik yaralıların sayının 20 olduğunu xəbər verir.
Herat polisinin nümayəndəsi Nur Xan Nikzad bildirib ki, partlayışı terrorçu-kamikaze törədib. Eyni zamanda, Əfqanıstanın qərb regionunun polisindən Rauf Əhmədi bildirib ki, partlayıcı qurğu məsafədən idarə olunub. Nəhayət, Herat əyalətinin polis rəisi İsmətulla Alizai AFP-yə bildirib ki, bomba zibil yeşiyinə qoyulubmuş.
Hüquq-mühafizə orqanlarından jurnalistlərə verilən açıqlamada deyilir ki, terrorçuların əsas hədəfi polis işçiləri olsa da, hadisə nəticəsində mülki şəxslər də xəsarət alıblar. Ekspertlər baş vermiş hadisəni Əfqanıstanda avqustun 20-də keçiriləcək prezident seçkiləri ilə əlaqələndirirlər.

1174