Yeni doğduğu körpəsinə qarşı allergiya olan ana şoka düşüb
İngiltərədə Joanne Mackien adlı qadında nadir dəri xəstəliyi aşkarlanıb.
Lent.az-ın məlumatına görə, körpəsinə qarşı alergiyası olduğunu öyrənincə şoka düşən Mackie, bunu öncə bir zarafat sandığını, doğru olduğunu biləndə isə qəhərləndiyini bildirib. Gənc ana, doğumun ertəsi günü oğlunu əmizdirərkən əllərində və biləklərində ortaya çıxan qaşınmaların bir neçə gün içində bütün vücuduna yayıldığını, dərisinin qızardığını, su toplandığını və bu vəziyyətin dözülməz ağrı verdiyini söyləyib.
Allergiya testindən sonra müalicə olunan və artıq körpəsini doyunca qucaqlaya bilən 28 yaşlı ana "Uşağım ağlayanda onu qucağıma alıb rahatlaşmamaq, ona toxuna bilmədən həyat yoldaşımdan körpəmizi çimizdirməsini xahiş edib və bunu uzaqdan seyr etmək məni çox kədərləndirirdi. İndi cənnətdəyəm sanki, körpəmi qucağıma alınca heç buraxmaq istəmirəm" deyə bildirib.
Kimyə

1250