Obama prezident kürsüsündən gedə bilər
Əgər o, ABŞ-da anadan olmaması ilə bağlı iddialara tutarlı cavab verməsə, bu, qaçılmaz olacaq
ABŞ-ın ilk qaradərili prezidenti Barak Obama bu postu tərk edə bilər.
Lent.az-ın türk mətbuatına istinadən yaydığı məlumata görə, buna səbəb Barak Obamanın anadan olduğu yer ətrafındakı mübahisələrdir.
Məsələ ondadır ki, prezident olmaq üçun qanunla yeganə şərt həmin şəxsin ABŞ-da anadan olmasıdır.
Respublikaçılar iddia edirlər ki, Barak Obama ABŞ-ın Havay adalarında anadan olmayıb. Onun ögey nənəsi Sara Obamanın bir müddət əvvəl qəzetlərə verdiyi müsahibələrinin birində “Barak Obama Keniyada, Mombasada anadan olub” sözlərini dilə gətirməsi respublikaçıların əlində əsas arqumentlərdən birinə çevrilib.
İş həm də orasındadır ki, Ağ ev bu iddialara Barak Obamanın Havay ştatında doğulması ilə bağlı bu ştatın qubernatorluğunun verdiyi “Short Form” sənədi ilə cavab verməyə çalışıb. Ancaq bir şəxsin ABŞ-da harada anadan olduğunu bildirən əsas sənəd doğumun olduğu xəstəxananın verdiyi “Long Form” sənədidir. Ağ ev Havay xəstəxanalarının arxivinin 2001-ci ildə təmizləndiyini əsas gətirərək belə bir sənədi təqdim etməyin mümkünsüzlüyünü bildirir.
6 ay əvvəl Barak Obamanın anadan olduğu yerlə bağlı kampaniyaya başlayan respublikaçılar da məhz “Long Form” sənədinin təqdim olunmasını istəyirlər.
Əgər 6 ay əvvəl bu iddiaya ciddi yanaşılmırdısa, indi respublikaçıların bununla bağlı topladığı imzaların sayı 450 minə çatıb. ABŞ-ın SNN, Vaşinqton Post, Nyu-York Tayms kimi nüfuzlu kütləvi informasiya vasitələri də artıq bunu əsas müzakirə mövzusu kimi qabardır.
Bir sözlə, bu məsələ artıq ABŞ-da müzakirə mövzusu olan məsələlər sırasında ilk yerə çıxıb. Əgər Barak Obama bu iddialara tutarlı cavab verməzsə, amerikalı siyasi müşahidəçilər məsələnin məhkəməyə qədər gedib çıxacağını və Barak Obamanın prezident kürsüsünü tərk etməli olacağını düşünürlər.
Ramiz

1525