“Seks kaseti yayılandan sonra Baykalla bir dəfə danışmışam”
12 may 2010 11:00 (UTC +04:00)

“Seks kaseti yayılandan sonra Baykalla bir dəfə danışmışam”

Qalmaqalda adı çəkilən qadın deputat: “Həyat yoldaşım siyasi baxışlarımın əziyyətini çəkir”

CHP lideri Dəniz Baykalla qalmaqallı seks kasetində görüntülənən xanım millət vəkili Nesrin Baytok da iftira ilə üzləşdiklərini söyləyib.


Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, CHP-nin xanım millət vəkili deyib ki, həmin görüntülər internet saytlarında yayıldıqdan sonra bir dəfə Dəniz Baykalla danışıb.


Nesrin Baytok bildirib ki, həyat yoldaşı Can Baytok onun siyasi baxışlarının əziyyətini çəkir: “Ankaradan kənara çıxmadım, evimdəyəm, ailəmlə birlikdə yaşananların öhdəsindən gələcəyəm”.


O, həyat yoldaşının CHP üzvlərinin sədr olduqları bələdiyyələrin tenderlərində iştirak etməsi və qalib olması barədə yazılanlara da münasibətini açıqlayıb: “Biz etik prinsiplərə görə siyasi nüfuzumuzdan istifadə etmərik. İş adamı olan həyat yoldaşım Can yalnız 2003-cü ildə Şişli bələdiyyəsinin tenderinə qatılıb və kompüterlə bağlı bu tenderi udub. Bu istisna ilə, həyat yoldaşım illərdir ki, heç bir CHP-çinin sədr olduğu bələdiyyənin qapısının önündən keçmədi”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 703

Oxşar yazılar