Belçika çadranı qadağan etdi
30 aprel 2010 12:00 (UTC +04:00)

Belçika çadranı qadağan etdi

Küçələrdə, parklarda və digər ictimai yerlərdə heç bir qadın çadra ilə gəzə bilməyəcək

Belçika Nümayəndələr Palatası çadra və üzü tamam örtən geyimlərdən istifadəyə qadağa qoyan qanun layihəsinə səs verib.

Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, qanun layihəsi Senatdan da keçərsə, iyun, yaxud iyul ayında qüvvəyə minəcək.

Beləliklə, Belçika ümumiyyətlə, çadradan istifadəni qadağan edən ilk Avropa ölkəsi olacaq. Başqa sözlə, ictimai yerlərdə, küçələrdə, parklarda, o cümlədən ictimai binalarda heç bir qadın çadra ilə gəzə bilməyəcək. Çadra ilə gəzən qadın və qızlar 15-25 avro cərimələnəcək, ya da 7 gün həbsdə qalacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1003

Oxşar yazılar