![Bakiyevin tərəfdarları telekanalı ələ keçirdi](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
Bakiyevin tərəfdarları telekanalı ələ keçirdi
Qırğızıstanın sabiq prezidenti Kurmanbek Bakiyevin tərəfdarları ölkənin cənubundakı regional “JTR” televiziyasının binasını ələ keçiriblər.
Lent.az-ın "24.kg" agentliyinə istinadən verdiyi məlumata görə, bir qrup şəxs onlara efir vaxtı verilməsi tələbi ilə telekanalın direktoru Baktıkan Ajımamatovanın kabinetinə soxulub.
Qısa danışıqlardan sonra qrup üzvlərinin çıxışının videoyazı formasında efirə verilməsinə razılıq əldə olunub. Bu isə “JTR”in hər gün yerli vaxtla saat 18:00-dan gecə yarısınadək efirdə olması ilə əlaqədardır.
Bundan öncə Bakiyev tərəfdarlarının Cəlalabad vilayətinin inzibati binasını ələ keçirdikləri bildirilirdi. Onlar sabiq müdafiə naziri və Bakiyevin ən yaxın silahdaşı Bakıt Kalıyevin azadlığa buraxılması tələbinin yerinə yetirilməməsi səbəbindən bu addımı atdıqlarını iddia edirdilər. Kalıyev aprelin 15-də yeni hökumət tərəfindən həbs olunub. Eyni zamanda, Cəlalabaddakı mitinqdə Qırğızıstanın daxili işlər naziri səlahiyyətlərini icra edən Bolot Şərniyazov döyülüb. Şərniyazov ölkənin sabiq prezidentinin qardaşı Janıbek Bakiyevin tutulması istiqamətində xüsusi əməliyyata rəhbərlik etmək üçün regiona gəlib. Mitinqə toplaşan bütün vilayətin milisləri Şərniyazovun istefasını tələb ediblər.

Oxşar yazılar
![Qız toy məkanına görə sevgilisini bıçaqladı](https://lent.az/storage/news/2025/february/06/big/67a4985f9a05d67a4985f9a05e173884015967a4985f9a05b67a4985f9a05c.jpg)
Qız toy məkanına görə sevgilisini bıçaqladı
6 fevral 2025 , 15:25![Qadın 14 dəqiqəlik ölümdən sağ çıxıb uşaq doğdu](https://lent.az/storage/news/2025/february/06/big/67a47840a4acb67a47840a4acc173883193667a47840a4ac967a47840a4aca.jpg)
Qadın 14 dəqiqəlik ölümdən sağ çıxıb uşaq doğdu
6 fevral 2025 , 13:38![Bu şəhər işğal olundu: yüzlərlə qadını zorlayıb yandırdılar - VİDEO](https://lent.az/storage/news/2025/february/06/big/67a4680ca8c9467a4680ca8c95173882778867a4680ca8c9267a4680ca8c93.jpg)
Bu şəhər işğal olundu: yüzlərlə qadını zorlayıb yandırdılar - VİDEO
6 fevral 2025 , 13:24![Yetkinlik yaşına çatmayanlara cinsini dəyişmək qadağan edildi](https://lent.az/storage/news/2025/february/06/big/67a41f633b11a67a41f633b11b173880918767a41f633b11867a41f633b119.jpg)
Yetkinlik yaşına çatmayanlara cinsini dəyişmək qadağan edildi
6 fevral 2025 , 06:31![Trampdan qalmaqallı sərəncam - Transgenderlərin qadınlarla yarışa çıxmasını qadağan edir](https://lent.az/storage/news/2025/february/06/big/67a410d9987e767a410d9987e8173880546567a410d9987e567a410d9987e6.jpg)
Trampdan qalmaqallı sərəncam - Transgenderlərin qadınlarla yarışa çıxmasını qadağan edir
6 fevral 2025 , 05:29![ABŞ-də hava limanında iki sərnişin təyyarəsi toqquşdu](https://lent.az/storage/news/2025/february/06/big/67a4020c106ee67a4020c106ef173880167667a4020c106ec67a4020c106ed.jpg)
ABŞ-də hava limanında iki sərnişin təyyarəsi toqquşdu
6 fevral 2025 , 04:26![ABŞ-dan sonra İsrail də BMT İnsan Hüquqları Şurasından çıxdı](https://lent.az/storage/news/2025/february/05/big/67a3abdd1082767a3abdd10828173877961367a3abdd1082567a3abdd10826.webp)
ABŞ-dan sonra İsrail də BMT İnsan Hüquqları Şurasından çıxdı
5 fevral 2025 , 22:20![Şahzadə IV Kərim Ağa Xan vəfat etdi](https://lent.az/storage/news/2025/february/05/big/67a2ebfc34aaf67a2ebfc34ab0173873049267a2ebfc34aad67a2ebfc34aae.jpg)