Zorlamada ittiham olunan səfir ölkəsinə qayıdır
02 fevral 2010 18:45 (UTC +04:00)

Zorlamada ittiham olunan səfir ölkəsinə qayıdır

Ali Yaktalın taleyi araşdırmadan asılı olacaq

Türkiyənin İtaliyadakı səfiri, qadın müşavirini zorlamaqda ittiham olunan Ali Yaktal Ankaraya qayıdır.

Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Ali Yaktal öz istəyi ilə haqqında araşdırma aparılması üçün yanvarın 29-da Türkiyə Xarici İşlər Nazirliyindən icazə istəyib və nazirlik ona Romadan Ankaraya gəlməsi üçün icazə verilib.

Səfir Türkiyə Xarici İşlər Nazirliyinin Təftiş Qurumunda aparılan araşdırma sona çatana qədər Romaya qayıtmayacaq. Əgər zorlama faktı təsdiqini taparsa, Ali Yaktalın diplomat həyatı sona çatacaq.

Qeyd edək ki, Ali Yaktal keçən ilin oktyabrında İtaliyaya səfir göndərilib. O, buna qədər baş nazir Rəcəb Tayyib Ərdoğanın xarici məsələlər üzrə baş məsləhətçisi olub.
# 611

Oxşar yazılar

Parlament marixuananın becərilməsini  qanuniləşdirdi 

Parlament marixuananın becərilməsini qanuniləşdirdi 

28 mart 2024 , 21:40
Dünyada ən təhlükəli nəqliyyat növü  budur

Dünyada ən təhlükəli nəqliyyat növü budur

28 mart 2024 , 16:57
DƏHŞƏT!  Yaşayış evi yandı, 3 uşaq həlak odu 

DƏHŞƏT! Yaşayış evi yandı, 3 uşaq həlak odu 

28 mart 2024 , 08:25
Apreldən qazın qiyməti  xeyli artacaq

Apreldən qazın qiyməti xeyli artacaq

28 mart 2024 , 06:51
Lotoreya oynadı, milyardlıq CEK-POT uddu 

Lotoreya oynadı, milyardlıq CEK-POT uddu 

28 mart 2024 , 01:30
İki kişi əlbir olub polisi soydu

İki kişi əlbir olub polisi soydu

27 mart 2024 , 20:39
Bu ölkədə 70 minə yaxın  dövlət qulluqçusu işdən çıxarılır

Bu ölkədə 70 minə yaxın dövlət qulluqçusu işdən çıxarılır

27 mart 2024 , 13:26
İranda daha bir polis öldürüldü  

İranda daha bir polis öldürüldü  

27 mart 2024 , 11:25