Qəbirə qoyulan ölü dirildi
02 fevral 2010 11:45 (UTC +04:00)

Qəbirə qoyulan ölü dirildi

Çinin Hubey əyalətində ölən qadın üçün dəfn mərasimi keçirilib.


Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, 60 yaşlı Hou adlı qadın xəstəxana aparılıb və qəfil xəstəxanada nəfəs alması dayanıb, bədəni soyuyub.


Həkimlər onun öldüyünü bildiriblər və yaxınları dəfn mərasiminə başlayıblar. Hounun qızı və oğlu tabut qəbirə qoyulan anda içəridən tıqqıltı səsləri eşidiblər. Tabutun qapağı qaldırılıb və ananın onlara təəccüblə baxdığını görüblər.
# 634

Oxşar yazılar