16 yaşlı qız təkbaşına dünya səyahətinə çıxdı
25 yanvar 2010 18:30 (UTC +04:00)

16 yaşlı qız təkbaşına dünya səyahətinə çıxdı

ABŞ-da 16 yaşlı Abby Sunderland yaxta ilə təkbaşına dünya səyahətinə çıxıb.

Lent.az-ın “ensonhaber.com” saytına istinadən verdiyi məlumata görə, dünya səyahətinə çıxan ən gənc insan olmaq istəyən 16 yaşlı xanım Kaliforniya sahillərində şiddətli qasırğa səbəbindən bir neçə gün gözləyib və bu gün Sakit okeanda səyahətinə start verib.

O, 5, ya da 6 ay okeanlarda üzməyi planlaşdırır. Abby Sunderland tək olmasına baxmayaraq, mobil telefon və internet üzərindən yaxınları və digər insalarla əlaqə saxlayacaq.

Qeyd edək ki, bundan əvvəl 17 yaşlı ingiltərəli Mike Perham təkbaşına dünya səyahətinə çıxan ən gənc insan olub. Mike Perhamdan əvəl 16 yaşlı xanımın oğlan dostu Zac Sunderland da təkbaşına dünya səyahətinə çıxıb. Ancaq o, Mike Perhamdan yaşca bir neçə ay böyük olub.
# 435

Oxşar yazılar