Misir fironlarının təyyarələri olub!
25 yanvar 2010 13:30 (UTC +04:00)

Misir fironlarının təyyarələri olub!

Misir Arxeoloji Muzeyində uzunluğu 15 santimetr olan kiçik quş maketi var.

Lent.az-ın “beta.novoteka.ru” saytına istinadən verdiyi məlumata görə, bu qədim maket qədim misirlilərin yaratdıqları digər çoxsaylı oyuncaqlardan fərqlənir.

Bu quşun quyruğu üfüqi deyil, uçuş aparatlarında və təyyarələrdə olduğu kimi şaqulidir. Qədim quş maketini Misirdə firon Coserin şərəfinə ucaldılmış ilk piramidanın yaxınlığındakı düzənlikdən tapan misirli alim Xəlil Messih əmindir ki, bu, uçuş aparatının maketidir.

Təyyarə quraşdırılan müəssisələrdə çalışan mütəxəssislər bildiriblər ki, bu quş maketinin parametrləri müasir təyyarələrin parametrləri ilə üst-üstə düşür. Bu quş maketinin həndəsi ölçüləri demək olar ki, BŞ-ın “Herkules” yükdaşıma təyyarəsinin ölçülərindən fərqlənmir.

Xəlil Messih öz nəzəriyyəsini sübut etmək üçün bu qədim quş modelinin əsasında uçuş aparatlarının daha böyük modellərini hazırlayıb və uçuş aparatları eksperimental uçuşlar həyata keçiriblər.
# 617

Oxşar yazılar