Dövlət Baxçalı: “Ağcadan uzaq durun!”
21 yanvar 2010 10:45 (UTC +04:00)

Dövlət Baxçalı: “Ağcadan uzaq durun!”

MHP sədri partiya üzvlərinə xəbərdarlıq etdi

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalı partiya üzvlərinə bu günlərdə azadlığa çıxan və iddialı açıqlamalar verən Mehmet Əli Ağca ilə bağlı xəbərdarlıq edib.

Lent.az-ın “ensonhaber.com” saytına istinadən verdiyi məlumata görə, Dövlət Baxçalı partiya üzvlərinə Ağcadan uzaq durmağı tapşırıb.

MHP sədri deyib ki, Ağca nə keçmişdə, nə də indi MHP-ni maraqlandırıb: “Həyatının heç bir dönəmində Mehmet Əli Ağcanın partiyamızda yeri olmayıb, bundan sonra da olmayacaq. Baş verən olayların MHP ilə heç bir əlaqəsi yoxdur. Ancaq bu gün ondan və onun qarışdığı olaylardan bizə qarşı istifadə etmək istəyənlər ola bilər. Partiyamızın şöbələri Ağca və onun dostlarından məsafə saxlasınlar”.
# 595

Oxşar yazılar