Özəl Hərb Dairəsinin məxfi arxivində təhqiqat başa çatdı
21 yanvar 2010 10:15 (UTC +04:00)

Özəl Hərb Dairəsinin məxfi arxivində təhqiqat başa çatdı

Məxfi arxivdən bəzi sənədlər götürülüb

Türkiyə baş nazirin müavini Bülənd Arınca sui-qəsd iddiası ilə Özəl Hərb Dairəsinin məxfi arxivində 26 gündür ki, davam edən araşdırma dünən axşam saatlarında başa çatıb.

Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, araşdırma aparan hakim Kadir Kayan məxfi arxivdən bəzi sənədlər və əl yazmaları götürüb.

Qeyd edək ki, Bülənd Arınca sui-qəsd iddiası ilə bağlı 8 hərbçi saxlanmış, ancaq məhkəmə fakt və dillərin yetərli olmaması səbəbindən onların azadlığa çıxması barədə qərar vermişdi.
# 453

Oxşar yazılar