Yəhudi lobbisindən Türkiyəyə dəstək
19 yanvar 2010 19:30 (UTC +04:00)

Yəhudi lobbisindən Türkiyəyə dəstək

ADL erməni soyqırımı layihəsinə qarşı çıxdı



Türkiyə-İsrail münasibətlərində yaşanan diplomatik qalmaqaldan sonra ilk diqqət çəkən ciddi jest edilib.

Lent.az-ın Türkiyənin “Vətən” qəzetinə istinadən verdiyi məlumata görə, ABŞ-da fəaliyyət göstərən, dünyadakı yəhudi lobbisinin önəmli qurumlarından sayılan “Anti-Defamation League” (ADL) qondarma erməni soyqırımı haqqında qanun layihəsinin ABŞ Nümayəndələr Palatasında, yaxud Senatda qəbul edilməsinin yolverilməz olduğunu bəyan edib.

Mərkəzi Nyu-Yorkda yerləşən ADL Ankaranın tövsiyəsinin rasional olduğunu, bu məsələnin araşdırılması üçün tarix komissiyasının yaradılmasının daha effektli olacağını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 423

Oxşar yazılar