Gürcü qadınların “ət”i türkləri bezdirib
19 yanvar 2010 13:15 (UTC +04:00)

Gürcü qadınların “ət”i türkləri bezdirib

Təkcə 1,5 ay ərzində bir sərhəd-keçid məntəqəsində 1 895 kiloqram qaçaq mal əti aşkarlanıb

Türkiyə və Gürcüstan arasındakı sərhəd keçid məntəqələrində müşahidə olunan qəribə bir qaçaqmalçılıq müntəzəm xarakter almağa başlayıb.

Lent.az-ın Türkiyənin “Milliyət” qəzetinə istinadən verdiyi məlumata görə, keçən il bir gün ərzində yalnız SARP sərhəd-keçid məntəqəsində 7 gürcü qadın bədənlərinə sarıdıqları sellofanlarda Türkiyəyə mal əti keçirməyə çalışarkən yaxalanıblar.

Təkcə 1,5 ay ərzində bu sərhəd-keçid məntəqəsində gürcü qadınların Türkiyəyə aparmaq istədikləri 1 895 kiloqram qaçaq mal əti aşkarlanıb.

Türkiyəyə bədənlərində ət keçirməyi bacaran gürcü qadınlarının sayının isə bundan dəfələrlə çox olduğu güman edilir. Çünki qadınların bədənlərində mal əti olduğunu aşkarlamaq özü kifayət qədər çətin işdir. Texnoloji aparatlar bunu üzə çıxara bilmir. Gürcü qadınlar bədənlərinə sarınmış ət dolu sellofanların diqqəti cəlb etməməsi üçün qalın paltarlar geyinirlər.

Qeyd edək ki, gürcü qadınlar ölkələrində nisbətən ucuz qiymətə olan mal ətini Türkiyəyə daha baha qiymətə satmaq üçün aparırlar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 550

Oxşar yazılar