“O sirri mən açıqlayacağam... ”
19 yanvar 2010 11:15 (UTC +04:00)

“O sirri mən açıqlayacağam... ”

Ağca danışdı, 27 il əvvəl itkin düşən qızı tapacağına söz verdi

Jurnalist-yazıçı Abdi İpəkçini qətlə yetirməkdə, Roma Papası II İohan Pavelə sui-qəsddə təqsirləndirilən Məmməd Əli Ağca ilk müsahibəsini verib.

Lent.az-ın verdiyi məlumata görə, o, “La Repubblica” qəzetinin suallarını yazılı şəkildə cavablandırıb.

Məmməd Əli Ağca əsl İsa olması barədə iddiasını bir daha irəli sürüb və ilahi missiya yerinə yetirdiyini söyləyib: “Mən Harvard Universiteti, Yale Universiteti, Princeton Universiteti kimi ali məktəblərdə psixologiya dərsləri keçə bilərəm. Tanrının yenidən ətə, sümüyə bürünmüş yeganə sözçüsü, əbədi İsa olduğumu sənəd-sübutlarla ortaya qoyacağam. Əgər bunu sübut edə bilməsəm, insanlar məni bəşəriyyətin ən alçaq insanı saysınlar”.

O, Papa XVI Benedikti və Vatikanı Fatimənin dördüncü sirrini açıqlamağa çağırıb: “Əks təqdirdə, o sirri mən açıqlayacağam. Fatimənin 3-cü sirrini 1985-ci il 25 mayda mənim açıqladığımı heç kəs unutmasın”.

Məmməd Əli Ağca sui-qəsd zamanı yaraladığı Papa II İohan Pavel barədə də danışıb: “O, sevgi İncilinin örnək insanlardan idi, milyonlarla saxta xristianın xəyanətinə məruz qalmışdı”.

Məmməd Əli Ağca 1983-cü il iyunun 22-də 15 yaşında Romada sirli şəkildə yoxa çıxan və bu günə qədər haqqında səhih məlumat olmayan Vatikan vətəndaşı Emanuela Orlandi barədə də sensasiyalı açıqlama verib: “Emanuela Orlandi qaçırıldı. Mən hər şeyi bilsəm də, bir ad açıqlamaram. Emanuelanı “KGB”, “Stasi”, yaxud bozqurdlar qaçırdı, heç bir şey söyləmərəm. O, mənim azadlığa çıxmam üçün qaçırılıb. Emanuela qaçırıldığı gündən onunla insan kimi davranırlar. Hazırda vəziyyəti yaxşıdır. Sadəcə, xarici aləmlə təmasları məhdudlaşdırılıb. Bu il Emanuelanı Vatikana geri qaytarmaq istəyirəm. Bu, onun qaçırılma ildönümündə, iyunun 22-də ola bilər".
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 969

Oxşar yazılar