İranda 3 qəzetin nəşrinə qadağa qoyuldu
18 yanvar 2010 15:00 (UTC +04:00)

İranda 3 qəzetin nəşrinə qadağa qoyuldu

İranda yayımı müvəqqəti dayandırılmış 1 gündəlik, 2 həftəlik qəzetlə bağlı son qərar verilib.

Lent.az-ın verdiyi məlumata görə, bu barədə rəsmi İRNA agentliyi məlumat yayıb.

Gündəlik “Ferheng-i Aşti”, həftəlik “Himmet” və “Movc-u Endişe” qəzetlərinin nəşrinə qadağa qoyulub. Hər 3 nəşr mətbuat haqqında qanuna zidd fəaliyyət göstərməkdə ittiham olunub.

Hər 3 nəşr prezidentliyə sabiq namizəd, islahatçı Mirhüseyn Musəvini dəstəkləyib.
# 438

Oxşar yazılar