Türkiyə şərtlərini açıqladı
15 yanvar 2010 16:00 (UTC +04:00)

Türkiyə şərtlərini açıqladı

Əhməd Davudoğlu : “İsrailin səhv siyasətini tənqid etməyi dayandırmayacağıq”


Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Ankaranın İsraillə münasibətlərinin 1 il əvvəlki səviyyədə olması üçün 6 şərti əsas saydığını açıqlayıb.


Lent.az-ın Türkiyənin “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, Əhməd Davudoğlu deyib ki, İsrail ilk növbədə sülhpərvər diplomatiya və siyasət yürütməli, bölgə xalqlarına hörmətlə yanaşmalı, Qəzza sektorunun embarqosunu aradan qaldırılmalıdır.


Növbəti şərtlər Şərqi Qüds və əl-Aksa məscidi ətrafında təzyiq kampaniyasına son qoyulması ilə bağlıdır.


Əhməd Davudoğlu 2008-ci ildə iki ölkə arasında yaxşı olan münasibətlərin son 1 ildə pisləşməsinin günahkarının İsrail olduğunu vurğulayıb: “ Problemin Təl-Əvivin siyasətindəki yanlışlıqlardır. İsraillə bağlı tənqidlər səslənən zaman bunu anti semitizm kimi dəyərləndirirlər. İndi İran nüvə proqramına görə tənqid olunursa, bu, islamofobiyamı sayılmalıdır? Türkiyəni tənqidlərinə görə suçlu kimi təqdim etməyə çalışırlar. Yanlışdır. İsrailin səhv siyasətini tənqid etməyi dayandırmayacağıq”.
Tarixdə yəhudilər nə zaman çətin duruma düşüblərsə, Türkiyə onlar üçün sığınacaq olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 447

Oxşar yazılar