Butulkadan barrikada
14 yanvar 2010 11:30 (UTC +04:00)

Butulkadan barrikada

Belçikada pivə şirkətinin işçiləri boş butulkalardan barrikada qurublar.

Lent.az-ın “Exo Moskva” radiosuna istinadən verdiyi məlumata görə, artıq bir həftədir ki, işçilər “Anhaizer” şirkətinin bir neçə zavodunu faktiki mühasirəyə alıblar.

Etiraz aksiyasının səbəbi şirkət rəhbərliyinin işçilərin bir qisminin ixtisar olunacağı ilə bağlı verdiyi bəyanatdır. İxtisarlara etiraz edən işçilər zavodların giriş və çıxışını mühasirəyə alaraq, mağazalara məhsul getməsinin qarşısını alıblar.

Bir neçə supermarketdə bildiriblər ki, əllərində olan pivə uzağı bazar gününə qədər yetəcək. Digər mağaza sahibləri hesab edirlər ki, əgər işçilərin etirazları davam edərsə, pivə ehtiyatı 2-3 günə tükənəcək.
“Anhaizer” şirkətinin rəhbərliyi etiraz aksiyası keçirən işçiləri polisin gücü ilə dağıtmaq variantı üzərində düşünür. Ancaq işçilərin Həmkarlar İttifaqının lideri bəyan edib ki, bu halda bütün ölkə ərazisində işçilərin tətili başlayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 695

Oxşar yazılar