Abdulla Öcalana gözəl ingilis vəkil
14 yanvar 2010 10:30 (UTC +04:00)

Abdulla Öcalana gözəl ingilis vəkil

PKK liderinə yemək, kitab və qəzet aparılıb

Ömürlük həbs cəzasına məhkum edilən və İmralı adasındakı həbsxanada saxlanılan PKK terror təşkilatının lideri Abdulla Öcalanın Avropa İnsan Haqları Məhkəməsində müdafiəsini öz üzərinə götürən 3 vəkil və 1 tərcüməçi bu gün səhər saatlarında İmralı adasına yola düşüblər.

Lent.az-ın “ensonhaber.com” saytına istinadən verdiyi məlumata görə, bu vəkillər Ömer Güneş, Metin Deniz Böyük və ingilis vəkil Catriona Vinedir.

Qeyd edək ki, İmralı adasında 5 milyon dollara tikilən yeni həbsxanaya keçən ilin oktyabr ayında PKK üzvləri Şeyhmuz Poyraz, Cumali Karsu, Hasbi Aydemir, Bayram Kaymaz və TİKKO-cu olan Hakkı Alkan göndəriliblər. İmralıdakı bu yeni həbsxanaya həmin vaxta qədər köhnə həbsxanada tək saxlanılan Abdulla Öcalan da köçürülüb. Abdulla Ocalan bu həbsxanadakı yeni otağını bəyənməyib. Bu səbəbdən otağın qapısı dəyişdirilib, divar kağızı yenilənib. PKK liderinin hava qəbul etməsi üçün hər gün çölə çıxarıldığı müddət də 1 saatdan 2 saata qədər artırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 788

Oxşar yazılar